Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
17:43
333



KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlər keçirilir.

KOBİA-dan XeberOxu.az-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin iştirakı ilə təşkil olunan təlimlərdə kiçik və orta biznes subyektləri dövlət satınalmalarında iştirak prosedurları, www.etender.gov.az vahid internet portalı və ondan istifadə qaydaları barədə məlumatlandırılır.

Təlimlərdə iştirak etməkdə maraqlı olan kiçik və orta biznes subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın training@smb.gov.az ünvanına göndərməklə təlimlərdə iştirak edə bilərlər.

Dövlət satınalmalarında iştirak prosedurları barədə KOB-ların məlumatlandırılması istiqamətində təlimlər və digər maarifləndirici tədbirlər KOBİA tərəfindən davam etdiriləcəkdir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az