Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
18:46
324



Kənan Heybətov da “EYOF Bakı 2019”un qalibi oldu

Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov iyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında qızıl medal qazanıb.

XeberOxu.az-ın məlumatına görə, yarışda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı Rüstəm Dolayev ilə qarşılaşıb. Oyunun sonunda hesabda geri olan güləşçimiz yüksək əzmkarlıq göstərərək qarşılaşmanın başa çatmasına 15 saniyə qalmış ardıcıl fəndlər sayəsində 8:5 hesabı ilə qalib gəlib. Bununla da K.Heybətov festivalda Azərbaycanın aktivinə 7-ci qızıl medalı qazandırıb.

Bu çəki dərəcəsində bürünc medallara ukraynalı İvan Terzi və moldovalı Konstantinam Kirilov sahib olublar.

Xatırladaq ki, K.Heybətov finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda yunanıstanlı Nektarios Kuzupisə (12:1) qalib gəlib.

Bunula da Azərbaycan güləşçiləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) 16 medalla başa vurublar. Bunlardan 8-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.

Sonuncu - 3-cü yarış günündə yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilə Xasay Həsənli (65 kq) qızıl, qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal əldə edib. Sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) və Cəbrayıl Hacıyev (65 kq) qızıl medala sahib olub.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az