Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
18:56
504



Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər

Tərtər sakinləri 6 aylıq körpəni həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb gediblər.

Bərdə rayon prokurorluğundan XeberOxu.az-a bildirilib ki, iyulun 22-də Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olunmuş nəvələri 2011-ci il təvəllüdlü İlkin Quliyev (ad, soyad şərtidir) və 6 aylıq körpə Rza Quliyevi (ad, soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması rayon polis şöbəsinin İstintaq bölməsinə tapşırılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyən edilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilərək ataları Sərxan Kərimova təhvil verilib.

Hazırda uşaqların səhhəti normaldır.

Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az