Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
19:25
300



"EYOF Baku 2019": Komanda halında idman gimnastika yarışlarının qalibləri mükafatlandırılıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə komanda yarışlarında ilk medalçılar müəyyənləşib.

XeberOxu.az-ın məlumatına görə, kişi gimnastların komanda yarışlarında 163,950 xalla Ukrayna millisi birinci olub. Rusiya yığması 163,100 xalla yarışı ikinci, İtaliya isə 159,183 xalla üçüncü pillədə başa vurub.

Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandası isə 150,400 xalla 11-ci pillədə qərarlaşıb.

Daha sonra qaliblərin EYOF Baku 2019-da təntənəli mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-dən 27-dək 12 idman obyektində keçirilir.

Festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı iştirak edir. İştirakçıların 52 faizi oğlanlar, 48 faizi qızlardır. Qaliblər 135 dəstdə 930 medal alacaq, onlardan 300-ü qızıl, 300-ü gümüş, 330-u bürüncdür. Azərbaycanı festivalda 122 idmançı təmsil edir. XV Yay Avropa Gənclər Olimpiya Festivalında idmançılar 10 formada - gimnastika, atletika, basketbol, ​​velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışırlar

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az