Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Iyul
2019
07:00
381



Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenilənir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

ASC-dən XeberOxu.az-a verilən məlumata görə, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Ötən il layihə çərçivəsində Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb.

2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində isə şəhərdə 9 km kanalizasiya xəttinin inşası nəzərdə tutulub. Şirvan şəhərində 1950-ci illərdə tiklmiş kanalizasiya xətlərinin istismar müddətini başa vurması nəzərə alınaraq 600-400 mm diametrli borularla yeni kanalizasiya kollektorunun layihəsi işlənib. Artıq 9 km uzunluğunda olan kanalizasiya xətlərinin 50 faizinin tikintisi başa çatdırılıb. Yeni kollektorlar istismara verildikdən sonra mövcud şəbəkələr bu xətlərə birləşdiriləcəck və tullantı suların toplanıb kənarlaşdırılmasında yaranan çətinliklər aradan qaldırılacaq.

Şirvan şəhərindəki çoxmərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması, zirzəmilərdə toplanmış tullantı sularının kənarlaşdırılması üçün də lazımi işlər görülür. Ötən il 14 binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətləri yenilənib. Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin yerləşdiyi küçələrdə köhnə kanalizasiya sistemi ləğv edilir, yeni xətlər şəbəkəyə birləşdirilir. Bütün bu işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmziləyici qurğular kompleksində təmizlənən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib. Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az