Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Iyul
2019
12:02
393



EKVİTA Azərbaycanda “Vision Zero” təşəbbüsünə (“campaign”) qoşulmuş ilk şirkətdir.

Hal-hazırda ölkəmizdə bir çox iş yerlərində bədbəxt hadisələr baş verir və işçilər peşə xəstəliklərinin fəsadlarına məruz qalırlar. Düzgün qabaqlayıcı tədbirlər yerinə yetirilmədiyi təqdirdə, bu arzuolunmaz hadisələrin yaranma vaxtı bəlli olmadığından onların qarşısını almaq çətin bir məsələyə çevrilir. İnkişaf etmiş ölkələrdə mühüm bir yanaşma vardır ki, bütün bədbəxt hadisələr, peşə xəstəlikləri və xəsarət almaların qarşısını almaq mümkündür. Yalnız proaktiv qabaqlayıcı tədbirlərin tətbiqi mədəniyyəti bu işdə hər bir şirkətə yardımçı ola bilər.

“Vision Zero” təşəbbüsü, elə həmin o tədbirlərin yerinə yetirilməsində mühüm rol oynamaqdadır. Bu təşəbbüs sosial təminat institutları, dövlət departamentləri və agentliklərini əhatə edən dünyanın aparıcı beynəlxalq təşkilatı Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA – International Social Security Association) tərəfindən irəli sürülüb. “Vision Zero”-nun məqsədi dünyada bu təşəbbüs ilə maraqlanan təşkilatları bir çətir altında yığaraq təhlükəsiz iş şəraitinə aparan bir yola dəvət etməkdir. Hər bir şirkət işçilərinin sayından, dövriyyəsindən və fəaliyyət növündən asılı olmayaraq bu təşəbbüsə qoşula bilər.

Azərbaycanda EKVİTA şirkəti “Vision Zero” təşəbbüsünə qoşulmuş ilk şirkət olaraq çalışır ki, iş yerində “Vision Zero”-nun əsas diqqət sahələri olan sağlamlığın, əməyin təhlükəsizliyi və işçilərin rifahının yaxşılaşdırılmasında bu məsləhətlərdən bəhrələnsin. EKVİTA şirkəti hal-hazırda dövlət qurumları və BP neft şirkəti ilə müştərək şəkildə kiçik və orta biznesin inkişafı yolunda irimiqyaslı müxtəlif layihələr həyata keçirməkdədir. Şirkət əməyin təhlükəsizliyi üzrə məsləhətlər verdiyi zaman “Vision Zero”-nun resurslarından yararlanır. Bu təşəbbüsə qoşulmuş hər bir şirkət mühüm, idarəetmədə tətbiq edilmiş və artıq uğur qazanmış “Yeddi Qızıl Qayda”nı konsepsiya olaraq qəbul etməlidir.

Şirkətlər üçün “Vision Zero”-nun 7 Qızıl Qaydası aşağıdakılardır:

Liderliyi ələ almaq və öhdəliklərinə sadiq qalmaq;
Təhlükələri müəyyən etmək və riskləri nəzarət altında saxlamaq;
Şirkət üçün vacib olan hədəflər müəyyən etmək və proqramlar hazırlamaq;
Əməyin təhlükəsizliyi və sağlamlıq sisteminin yaxşı təşkil edilməsini təmin etmək;
İş yerlərində, maşın və avadanlıqlarla iş zamanı əməyin təhlükəsizliyini təmin etmək;
İşçilərin peşəkarlıq səviyyəsini və səriştəliliyini artırmaq;
İşçiləri əməyin təhlükəsizliyi tədbirlərində aktiv iştiraka həvəsləndirmək.

Əməyin təhlükəsizliyinin qorunması seçim yox, hər bir kəsin öhdəliyi olmalıdır. Əməyin təhlükəsizliyi idarəetmə sisteminə nəzarət şirkətlərdə işçi heyəti sağlamlığının qorunmasına, eyni zamanda bədbəxt hadisələrdən irəli gələn xərclərin azalmasına, dövlət qurumlarının işinin yüngülləşdirilməsinə və bədxərcliyin aradan qaldırılmasına gətirib çıxarır.

EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 40 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVİTA şirkəti həmçinin, hökumət layihələrində iştirak etmiş və Dünya Bankı kimi beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergilər sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir. .

EKVİTA-nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az