Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
22:05
1221

25
Iyun
22:05



Polşa səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın səfiri Marek Tsalkanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən XeberOxu.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqla danışıblar. Azərbaycan və Polşa arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə müsbət təkan verdiyi vurğulanıb.

Səfir Marek Tsalka Polşa Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini vurğulayaraq, ölkəsinin Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.

Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmədyarov səfir Marek Tsalkenin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, Polşa səfirinə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az