31 Iyul
2020
13:42
4413
31
Iyul
13:42



Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.