AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



23 May
2019
22:01
648



Azyaşlı oğlundan narkotik əldə etmək üçün istifadə edən ata saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat zamanı Salyan sakini əvvəllər məhkum olunmuş İdris Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı 6 bağlama narkotik vasitə olan tiryək və 3 bağlama heroin aşkar edilərək götürülüb.

Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, aşkarlanan tiryək 12 kiloqram 10 qram, heroin isə 2 kiloqram 370 qramdır. İ.Hüseynov ifadəsində bildirib ki, narkotik vasitələri cəzaçəkmə müəssəsində tanış olduğu “Alı” adlı İran vətəndaşından alıb. Həmin şəxs narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirərək İ.Hüseynova verib.

Qeyd edək ki, İ.Hüseynov saxlanılan zaman onun idarə etdiyi avtomobildə 11 yaşlı oğlu da olub. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, narkotik vasitələri əldə etməyə azyaşlı oğlunu yolda polislər ondan şübhələnməsin deyə aparıb. Azyaşlı uşaq artıq polislər tərəfindən anasına təhvil verilib.

Öz çirkin əməlinə azyaşlı uşağını ələt edən İ.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az