Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
05:00
1062

01
Iyun
05:00



Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı, sülh və firavanlıq diləklərimi qəbul edin.

Bu əlamətdar tarix Sizin ölkənizin qazandığı hərtərəfli uğurları, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun inamla yüksəlməsini qeyd etmək üçün xoş bir fürsətdir.

Əminəm ki, dövlətlərarası konstruktiv dialoqun inkişafı və birgə layihələrin ardıcıl reallaşdırılması ikitərəfli əlaqələrimizi zənginləşdirəcək və qarşılıqlı faydalı Moldova-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün yeni perspektivlər açacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının firavanlığı naminə yeni nailiyyətlər diləyir, Zati-alinizə böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm".

XXX

Pakistan Prezidenti Arif Alvidən: "Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram. Qardaş Azərbaycan xalqı ilə birlikdə Pakistan xalqı da bu əlamətdar bayramı qeyd edir.

Ölkələrimiz arasında daim inkişaf edən əməkdaşlığın səviyyəsini böyük məmnunluq hissi ilə qeyd edirəm.

Cammu və Kəşmir, eləcə də Dağlıq Qarabağ münaqişələrində ölkələrimizin bir-birinə verdiyi dəstək dövlətlərimizi birləşdirən güclü qardaşlıq münasibətlərinin təcəssümüdür.

Qardaş xalqlarımızın mənafeləri naminə əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində Zati-alinizlə sıx əməkdaşlıq etmək əzmindəyəm.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqının rifahı naminə işinizdə Sizə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edib, Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az