AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
16:43
384



Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşü olub

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

Prezident Mətbuat Xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Çeferoviçə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Foruma dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirdi. Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunmasında şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət etdi.

Dövlətimizin başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirdi. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlararası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd etdi.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Metyu Brayza: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb







Cavid Qurbanov: Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır







İlham Əliyev və xanımı Mərkəzi Parkın açılışında - YENİLƏNİB - FOTO







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az