Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
12:05
3011
17
Okt
12:05



Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”

“Ermənistan xalqına müraciət etmişdim, yenə edirəm. Uşaqlarınızı bizim torpaqlara buraxmayın. Onların Azərbaycan torpağında nə işi var?”

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, Ermənistanın hərbi komissarlıqlarında mitinqlər təşkil olunur:

“Ermənistanda analar yolları kəsir, qoymur ki, uşaqları getsin, başqa ölkənin torpağında ölsün. Erməni xalqına müraciət etmişdim, yenə edirəm. Qoymayın uşaqlarınızı bizim torpaqlarımıza. Nə işi var onların Azərbaycan torpaqlarında? Bizim sizinlə işimzi yoxdur, öz ölkənizdə yaşayın. Bizim torpaqlarımızdan çıxın.

Biz haqlıyıq, ədalət yolundayıq. Bizim savaşımız müqəddəs savaşdır. Biz döyüş meydanında öz gücümüzü həm düşmənə, həm bütün dünyaya göstərdik. Biz öz torpağımız uğrunda döyüşürük və öz torpaqlarımız uğrunda şəhid veririk.

Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi xalqımızın iradəsidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu tarixi günləri görə bildik. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm.

Bundan sonra da öz fəaliyyətimdə, ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni edəcəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Biz öz torpağımızda vuruşub, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.