AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
11:35
237



Problemli kreditlərlə bağlı yeni xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO
Bu günə qədər 506 min nəfərə problemli kreditlərlə bağlı kompensasiya ödənilib. Prosesin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.

Xeberoxu.az bildirir ki,bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov deyib.

O deyib ki, bu qəbildən olan kreditlərin həlli ilə bağlı fərmanın icrası qrafikə uyğun davam edir. Fərmana əsasən, 602 min 347 nəfərə kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmuşdu. Artıq 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

300 minə yaxın vətəndaşın isə yeni güzəştli kredit müqavilələri ilə təmin edilməsi, yəni restrukturizasiya prosesinə cəlb edilməsi nəzərdə tutulub. Bu prosesə də start verilib.Orxan İsmayılov bankların bu müqavilələr üçün tələb etdiyi zaminlər məsələsinə də toxunub.

O deyib ki, bu, bankla vətəndaş arasında həll olunacaq məsələdir.

Kredit tarixçələri korlanmış vətəndaşlara gəlincə isə, onların bundan sonrakı ödənişləri "qara siyahılar"dan çıxmasında mühüm rol oynayacaq.
Yeni müqavilə imzalamayacaq vətəndaşların kredit tarixçələri isə başqa kreditlərini ödəmə intizamına görə müəyyən ediləcək.

mənbə;Xezerxeber.az 
Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az