Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
15:42
498

10
Sen
15:42



QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

XeberOxu.Az-ın məlumatına görə, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak ediblər.

Şeyxülislam Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az