Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
16:32
498

10
Sen
16:32



DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyası əsasında innovativ yeniliklərin tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərin əhaliyə vahid standartlar əsasında “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkili sahəsində aparılan islahatlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi dövlət sosial xidmətlərinin təşkilində DOST layihəsi əsasında innovativ yenilikləri, optimal və effektiv idarəçiliyi ehtiva edən yeni keyfiyyət mərhələsinə keçidin təmin olunması və sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə vahid standartlar əsasında “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində layihənin mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılması.

Müsabiqənin mövzusu

“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi”

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.

5. Dərc olunmuş yazıda "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir

Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)

Yazıların qəbul qaydaları

1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)

Tələb olunan sənədlər

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

3. Şəxsiyyət vəsiqəsinin surəti,

4. Şəxsi VÖEN və surəti,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).

Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 24 iyul 2019-cu il tarixində başlayır, 27 sentyabr 2019-cu il tarixində başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat);

II yer üçün 2 nəfər (800 manat);

III yer üçün 3 nəfər (500 manat)

yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.

Qaliblər, həmçinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazınınistiqaməti

 

Yazının adı

 

Müəllifin adı, soyadı, atasının adı

 

İşlədiyi KİV

 

Vəzifəsi

 

Yazının dərc olunduğu mətbuat orqanı

 

Ünvanı və poçt indeksi

 

-iş telefonu

 

-ev telefonu

 

-mobil telefonu

 

-elektron poçt ünvanı

 

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2019-cu il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;

Elektron ünvan: info@kivdf.gov.az, kivdf.info@gmail.com

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az