10 Sen 2019
17:25
![]() |
10
Sen 17:25
![]() Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq? - AÇIQLAMA Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtomobilin zədələdiyi qaz xəttinin təmirinə başlanılıb. Xeberoxu.Az xəbər verir ki,bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır: "Təxminən yarım saata qaz xətti tam bərpa ediləcək, ərazidə işlər yekunlaşacaq. Ətraf ərazidəki abonentlərə 1 saat ərzində təbii qazın verilməsi bərpa ediləcək". . Xatırladaq ki, bu gün günorta saatlarında avtomobilin qaz xəttini zədələməsi nəticəsində əraziyə təbii qazın verilməsi dayandırılıb. Nəticədə Sulutəpə qəsəbəsində 1 500 abonentin qaz təminatı dayandırılıb. Qeyd edək ki, bu gün təmir işləri ilə əlaqədar Sabunçu rayonunu bəzi ərazilərində də qaz verilişi dayandırılıb. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |