11 Sen 2019
16:00
![]() |
11
Sen 16:00
![]() DYP məktəbli valideynlərinə müraciət edib Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar valideyn və məktəblilərə müraciət edib. Bakı şəhər DYP-dən Xeberoxu.Az-a verilən məlumata görə, yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək: "Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Niyə diqqət yetirsinlər? Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir". Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi
Bu il 39 hakim cəzalandırılıb, 6 hakim işdən çıxarılıb
"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı
BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib
|