Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
22:15
462

11
Sen
22:15




ABŞ Polşaya 32 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

ABŞ rəhbərliyi Polşaya 6,5 milyard dollar dəyərində 32 ədəd beşinci nəsil “F-35” bombardmançı təyyarəsini satmağı qərara alıb.

Xeberoxu.Az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü hökumətlərarası müqavilələrə əsasən xaricdə hərbi texnika və silah tədarükü həyata keçirən ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi və Əməkdaşlığı üzrə İdarəsi açıqlama yayıb.

Razılığa əsasən, siyahıya 32 təyyarə, “Pratt & Whitney” tərəfindən hazırlanan 33 ədəd F-35 mühərrikləri, eləcə də əlaqəli avadanlıqların satışı daxildir.

ABŞ Müdafiə Nazirliyinin mövqeyinə görə, müqavilənin icrası “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi”" maraqlarına uyğundur. Saziş eyni zamanda “Avropada siyasi sabitlik və iqtisadi rifah üçün vacib bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini artıracaq”. ABŞ rəhbərliyi hesab edir ki, bu təyyarələrin satılması “bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az