Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



23 Avq
2020
13:47
34801
23
Avq
13:47



Prokurorluq Kürdəmirdə arvadını öldürən ərlə bağlı məlumat yaydı

İyunun 9-da, saat 06 radələrində Əmirova Şura İslam qızının Kürdəmir rayonu, Muğanlı kəndi ərazisində traktorda əri Hüseynov Nurlan Üzeyir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində əri tərəfindən üzərinə benzin tökülərək yandırılması faktı ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Kürdəmir rayon prokurorluğundan XeberOxu.Az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində təqsirləndirilən Nurlan Hüseynov istintaqa cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Avqustun 22-də Şura Əmirova müalicə olunduğu xəstəxanada vəfat etdiyindən cinayət işi üzrə əməl rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməklə rayon prokurorluğunun icraatına götürülmüşdür.

Hazırda iş üzrə rayon prokurorluğu tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.