XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



12 May
2021
20:41
762
12
May
20:41



Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletə məktubla müraciət edib.

Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman məktubda Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minaların insanların həyat və sağlamlığına ciddi təhlükə yaratması ilə bağlı narahatlığını bildirib. Həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırıldığı və cavabdeh ölkə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin regionda vəziyyəti gərginləşdirdiyi, sülhə və birgəyaşayışa təhlükə yaratdığı nəzərə çatdırılıb.

Qeyd olunub ki, Ombudsman mövcud vəziyyətlə bağlı dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırıb. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu qeyd edən Ombudsman Ermənistan siyasi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməli və insan hüquqlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

Sonda Ombudsman Səbinə Əliyeva bir daha dərin narahatlığını Komissarın diqqətinə çatdıraraq, minalanmış ərazilərin xəritəsinin verilməsində əməkdaşlıq etməsi üçün Ermənistan tərəfinə çağırış olunmasını xahiş edib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub








Mağazadan sərt disk oğurlayan şəxs saxlanılıb – YENİLƏNİB + VİDEO








Lənkəranda yeniyetmə bıçaqlanıb








Zaqatala sakininin ölümü ilə bağlı cinayət işi açılıb


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.