XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



13 May
2021
00:13
843
13
May
00:13



Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub - FOTO

Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlıqları münasibətilə verilən beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub.

Mükafatla layiq görülənlər arasında Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var.

Qeyd edilir ki, COVID-19 pandemiyasının əvvəlindən 19 tibb bacısı tez-tez mürəkkəb şəraitdə çalışıblar. Onlar müxtəlif səbəblərdən dünyalarını dəyişiblər. “Florens Naytinqeyl” medalının verilməsi üzrə Komissiya Beynəlxalq Tibb Bacıları Günü münasibəti ilə həmin tibb bacılarının xüsusi sədaqətini ayrıca qeyd edib.

Medalı alanlar öz ölkələrinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ya Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinın yerli qurumları və bu təşkilatların komissiyaları tərəfindən təyin ediliblər.

Qeyd etdiyimiz kimi, Azərbaycandan bu mükafata Vətən müharibəsinin yeganə şəhid qadını, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışova ölümündən sonra layiq görülüb. Onun hərbi münaqişə və təbii fəlakətlər vəziyyətində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə fəal əməkdaşlıq etməsi vurğulanıb.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb.

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və iləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xatırladaq ki, mükafata layiq görülənlər arasında Avstraliyadan Bernadett Qlison, Belarusdan Lyudmila Buzel, Elvira Şabanova, Çindən Şouçjen Çen, Minxua Xu, Yali Tuo, Kota-Rikadan Kristofer Lyuis Kalderon Beyli, eləcə də Danimarkadan Yeva Corcunq Nikolson, Finlandiyadan Yorma Yokela və digərləri də var.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ağdaş sakini 53 yaşlı qardaşını güllələyib öldürdü








Keçmiş məhkum silahla küçədə yaxalanıb








Qarabağa qanunsuz silah daşıyan şirkətlərlə bağlı xarici ölkələrə vəsatətlər göndərildi








Tərtərdə ər arvadını küçədə qətlə yetirdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.