Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Noy
2019
12:26
268

18
Noy
12:26



Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub

2019-cu ildə noyabrın 6-dan 30-dək müşahidə olunan Leonid (Şir bürcündəki radiantın şərəfinə adlandırılıb) meteor yağışının atmosferdə maksimum aktivliyi noyabrın 18-nə keçən gecə müşahidə olunub. Bakı vaxtı ilə təxminən gecə saat 3-də kosmik fəzada başlayan ulduz axını güclənərək saatda 15 meteora çatıb. Onlar saniyədə 72 kilometr sürətlə Yerin orbiti istiqamətinə yaxınlaşıblar.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC space.com saytına istinadla xəbər verir ki, bu prosesi şərq üfüqü istiqamətində teleskopla izləmək mümkün olub. Ağ rəngli Leonid meteorları kosmik toz hissəciklərindən ibarətdir və 55P/Tempel-Tuttlya kometasının keçidindən sonra kosmosda qalıb və hər 33 ildə bir dəfə Günəşin ətrafında dövrə vurur. Meteor axınının intensivliyi hər il dəyişir, lakin həmin 33 ildən sonra bir çox dəfə güclənir. Belə ki, 1966-cı ildə saatda 10 min meteor axını qeydə alınıb.

Leonid meteorları Yer kürəsinin atmosferinə saniyədə 70 kilometr sürətlə uçurlar. Bu səbəbdən onları səmada görmək çox asandır. Lakin ulduz axını radiantına yaxın olan Ay işığı onları aydın görməyə mane olur.

Meteor yağışı 3,8 min il əvvəl məlum olub. Ən parlaq ulduz axını isə 1833-cü ildə müşahidə olunub Həmin vaxt insanlar atmosferdə “yanan” minlərlə ulduzu müşahidə ediblər. 1966-cı ildə isə Yerin atmosferində parlayan 150 min meteor müşahidə olunub.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az