18 Yan
2020
11:39
1282

18
Yan
11:39



Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir

Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nı təsdiq edib.

XeberOxu.Az-ın  məlumatına görə, bu qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir. Müqavilənin Nümunəvi Forması”na görə, vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1- dən dekabrın 31-dək olan müddəti əhatə edir.

Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.

Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu
xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.

Publik hüquqi şəxsin vəzifəli şəxsləri bu Müqavilənin icrası ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.