# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
17:27
1854

22
May
17:27



Pulsuz sınaq imtahanlarına 100 mindən artıq yazılış qeydə alınıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ödənişsiz həyata keçirilən onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib.

Mərkəzdən XeberOxu.Az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34 585 istifadəçi tərəfindən 100 708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Qeyd edək ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.

Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla siz seçdiyiniz sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərinizi ayrı-ayrılqda yoxlaya bilərsiniz. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, siz həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə edə biləcəksiniz. Yazıldığınız imtahan fənni üzrə sınaq testləri kabinetinizin sol küncündə “Yazıldığım xidmətlər” bölməsində 1 il müddətində aktiv olur. Bu vaxt ərzində siz test tapşırıqlarına, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.