XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
12:08
464
07
Apr
12:08



Qadının oğurlanan çantasından narkotik tapıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb.

Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanmış narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı İmişli RPŞ-də CM-in müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.