Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 May
2019
14:32
816



Qanunsuz yolla tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısını alıblar.

DGK-dən XeberOxu.Az-a verilənm məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla mübarizə şöbəsinə Qazax-Bakı istiqamətində hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin Bakı Beynəlxalq Avtovağzalı istiqamətində daşınması və naməlum şəxsə satılacağı barədə məlumat daxil olub.

Bu məlumat əsasında Bakı Beynəlxalq Avtovağzalı ərazisində əməliyyat tədbiri keçirilib. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış keçirərkən, həqiqətən avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu müəyyən edilib.

Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu bildirib.

Beləliklə, əməliyyat tədbiri sonra sözügedən ünvanda davam etdirilib. Avtobus həmin ərazidə dayandıqdan bir neçə dəqiqə sonra ora "Lada" markalı minik avtomobili yaxınlaşıb. Həmin avtomobili idarə edən şəxs avtobusun salon və baqajında olan tütün məmulatı və spirtli içkiləri götürərkən saxlanılıb.

Daha sonra DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində 3 ədəd karton qutuya və 23 ədəd sellofan torbaya təkrar baxış keçirilib. Bu zaman üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 73.800 ədəd müxtəlif markalı siqaret və hər biri 1 litr həcmində cəmi 30 ədəd müxtəlif adda spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər







Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib -FOTO







BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb







Təmas xəttində növbəti monitorinq keçiriləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az