XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



11 Avq
2022
16:35
959
11
Avq
16:35



Qarabağ bu məşhur klubları QABAQLADI - Klubların dünya sıralamasında

Klubların dünya sıralaması müəyyənləşib.

Xeberoxu.Az  xəbər verir ki, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır.

301 klubun yer aldığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Üç ay əvvəl dünyanın ilk “100-lüy”ünə düşən “Qarabağ” növbəti dəfə irəliləyib. Budəfəki sıçrayış 11 pillə olub. Ağdam təmsilçisi aktivindəki 145,5 xalla 78-ci pilləyə yüksəlib. Azərbaycan çempionu “Bayer”, “Borussiya” (Dortmund), “Vest Hem”, “Latsio”, “Fənərbaxça”, “Lill”, “Tottenhem”, “Anderlext”, “Valensiya”, “Şaxtyor” (Donetsk), “Fiorentina”, “Zenit” kimi tanınmış klubları qabaqlayır.

Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə ciddi eniş yaşayaraq, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.

Təmsilçilərimizin avrokuboklardakı rəqibləri də siyahıda özünə yer edə bilib. Konfrans Liqasının III təsnifat mərhələsində bu gün “Neftçi” ilə qarşılaşacaq Avstriya “Rapid”i 8 pillə irəliləyərək, ilk “100-lüy”ə daxil olub. Vyanalılar 132,75 xalla 98-cidir.

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya” da böyük irəliləyişə nail olub. Çexiya çempionu bir ay ərzində 147-ci pilləni 119-cu yerə (119 xal) dəyişib. 

Reytinqin zirvəsində dəyişiklik olmayıb. Braziliya klubu “Palmeyras” (304 xal) liderliyini qoruyub. Braziliyanın digər təmsilçisi “Flamenqo” və İngiltərə nəhəngi “Liverpul” eyni xalla (291) 2-3-cü yerləri bölüşdürürlər. “Çelsi” (İngiltərə) 4-cü pilləyə yüksəlibsə, “Atletiko Mineyro” (Braziliya) ilk “üçlüy”ü tərk edib. (apasport)


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.