14 Yan 2021
00:15
![]() |
14
Yan 00:15
![]() Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər. XeberOxu.Az-ın məlumatına görə, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib. Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb". Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
|