Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
17:56
807

16
Sen
17:56



Qardaş hamama girib bacısını... – Azərbaycanda namus cinayəti

Cəlilabad rayonunda namus üstündə bacısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Hikmət Sadıqovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Hikmət Sadıqov bu ilin yanvarın 2-də, saat 20 radələrində yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən evə gəlib.O, həmin evdə birlikdə yaşadığı, evli olduğu halda başqa kişi ilə sevgi münasibətində olmasından şübhələndiyi bacısı Arzu Cəfərovanın evin həyətində yerləşən hamam otağında sakit səslə mobil telefon vasitəsi ilə gizli danışmasına şahid olub.

Onda bacısının başqa kişi ilə sevgi münasibəti saxlamasına dair əminlik yaranıb. Qardaş bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə o, yaşadığı evin mətbəxindən bıçaq götürüb və hamama girib. Qardaşının ora gəldiyini görən Arzu dərhal telefonu söndürüb.

Hikmət isə bacısından telefonu ona verməsini tələb edib. Arzu telefonunu qardaşına verməkdən imtina edib.

Bundan qəzəblənən Hikmət bıçaqla Arzunun əvvəlcə qarın nahiyəsinə bir dəfə, yıxılmasından sonra yerdə uzanmış vəziyyətdə olarkən sinə və boğaz nahiyəsinə çoxsaylı zərbələr vurub.

Ümumilikdə 27 bıçaq xəsarəti alan Arzu hadisə yerindən ölüb. Cinayəti törədən Hikmət polisə gələrək təslim olub.

İstintaq orqanı tərəfindən Hikmət Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin əməli sübuta yetirilib və o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 16 il azadlıqdan mərhum edilib.

Hökmdən narazı qalan Hikmət Sadıqov apelyasiya şikayəti verib.

İttihamla qismən özünü təqsirli bilən Hikmət Sadıqov qeyd edib ki, xüsusi amansızlıqla qətl törətməsi nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hadisə vaxtı öz hərəkətlərini tam dərk etmək iqtidarında olmayıb, bacısına əsəbi halda xəsarət yetirib, niyyəti zərərçəkmişə əzab vermək olmayıb.

O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.

Hikmət Sadıqovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda apelyasiya şikayətinin qismən təmin olunması barədə qərar elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Hikmət Sadıqovun cəzası 14 ilə endirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İran Prezidenti Bakıya gəlir







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az