RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



03 Iyul
2019
06:30
1047



ABŞ və Rusiya ilə nə baş verir? - Pens geri çağrıldı, Putin təcili görüşə getdi

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Nyu-Hempşirə səfərinin təxirə salınıb Ağ Evə təcili olaraq çağrılmasından sonra Rusiya prezidenti Vladimir Putin də tədbirlərini təxirə salaraq Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

XeberOxu.az xəbər verir ki, dünya mediası isə hər iki hadisədən ciddi narahatlıq ifadə edən xəbərlər yazmağa başlayıb.

Pensin sözçüsü Alissa Farah Tvitter hesabında narahatlığa heç bir əsas olmadığını deyib: “Pens vacib bir görüş üçün Ağ Evə çağrıldı. Qısa müddət sonra Nyu-Hempşirə səfərini gerçəkləşdirəcək”.

Amerika mediasının yazdığına görə, Pens beynəlxalq təhlükəsizlik məsələsi üzündən geri çağrılıb.

Digər tərəfdən isə Rusiyanın sualtı atom gəmisində yanğın baş verməsi, 14 dənizçinin yanğını söndürmək üçün həlak olması medianın diqqətindən qaçmayıb. Putinin bütün səfərlərini və görüşlərini təxirə salıb Şoyqu ilə görüşə getməsi isə şübhələri daha da artırıb.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin 14 dənizçinin ölümü səbəbindən proqramını dəyişdiyini deyib.

Rusiya mediasının yazdığına görə, yanğın “Loşarik” adı ilə tanınan və nüvə enerjisi ilə işləyən sualtı kəşfiyyat gəmisində baş verib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az