RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



04 Iyul
2019
13:38
1008



Bakıda 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib

Bakı şəhərində və şəhərətrafı ərazilərdə yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdir.

Bakı Nəqliyyat Agentliyindən XeberOxu.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində artıq 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib, yol hərəkətinin təşkili baxımından mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Görülən tədbirlər zamanı piyada təhlükəsizliyinə xüsusi önəm verilib, eyni səviyyəli piyada keçidlərində 1.14.1 nişanlanmaları (yəni zebralar) yenilənərək piyadaların istifadəsinə verilib. Həmçinin bu kimi tədbirlər həyata keçirilərkən bəzi yolayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilən istiqamətlərini göstərən 1.18 nişanlamalarında da nəqliyyat axınına uyğun dəyişikliklər edilərək konfliktlər aradan qaldırılıb.

Mərhələli şəkildə digər küçə və prospektlərdə də analoji tədbirlər həyata keçirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az