RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



05 Iyul
2019
09:47
984



Beynəlxalq Muğam Mərkəzinin muğamsevərlərə yay hədiyyəsi

Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliiyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəlir.

Beynəlxalq Muğam Mərkəzindən XeberOxu.az-a verilən məlumata görə, mərkəzin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramları təqdim olunacaq.

İyul ayından start götürəcək layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.

İlk konsert iyul ayının 5-də saat 15:00- da Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək.
Növbəti konsertlər isə 25 iyul – A.R. Qobustanlı adına Mədəniyyət evi, 9 avqust – Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust – Mərdəkan Mədəniyyət Sarayında reallaşacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında ötən ay Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Caspian etüd” Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməkdədir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az