RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



05 Iyul
2019
14:07
972



Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb

Ötən gün Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi açılıb.

XeberOxu.az-ın  məlumatına görə, sərgidə 10 il ərzində iki ölkənin arxeoloqlarının apardığı birgə tədqiqatlar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdirilir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının ölkəmiz üçün əhəmiyyətindən danışıb, Azərbaycanın bir çox möhtəşəm tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasını Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri nəticəsində Azərbaycanın UNESKO ilə münasibətləri yüksək səviyyədədir.

Fransalı arxeoloq Bertiy Lione Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan danışıb. Bildirib ki, o, Azərbaycanın bölgələrində aparılan arxeoloji qazıntılar zamanı təkcə qədimi əşyaları tapmaqla kifayətlənməyib, həmin dövrlərdə yaşayan insanların həyatını, mühitini, sosial və ailə münasibətlərini tədqiq edib.

Fransanın sabiq ətraf mühit naziri Seqolen Royal diqqətə çatdırıb ki, Bakıya UNESKO-nun 43-cü sessiyası münasibətilə gəlib. İki ölkə arasında elmi əməkdaşlıqdan söz açan fransalı qonaq sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli İncəsənət Muzeyinə, AMEA-ya və Fransa səfirliyinə təşəkkürünü bildirib.

Bildirilib ki, Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparıb.

Araşdırmaların nəticələri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Neolit, Eneolit və Kür-Araz mədəniyyətlərinin müxtəlif problemlərini öyrənməyə imkan verib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 200-dən çox maddi-mədəniyyət nümunəsi tapılıb.

Arxeoloqların sözlərinə görə, bu qədim yaşayış məskəni Fransadan olan Morqan qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin nəticəsi kimi əldə edilən xəritə əsasında aparılan tədqiqatlar zamanı aşkarlanıb.

Tovuz ərazisində aparılan qazıntılar nəticəsində Menteş qədim yaşayış yerində Neolit dövründən Erkən Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin mövcudluğu üzə çıxarılıb.

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümieğ Universiteti arasında 2017-ci ilin martında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının nəticələrini əks etdirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tiflisdə də təşkil olunması planlaşdırılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az