RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



05 Iyul
2019
19:58
900



Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında nominasiya faylları müzakirə olunur

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiya fayllarının müzakirəsi ilə davam etdirdi.

XeberOxu.az-ın məlumatına görə, təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq nominasiyalarla bağlı məlumat verdikdən sonra nominasiya prosesində dəyişikliklərlə bağlı fikirlər dinlənildi.

Çıxışlar zamanı vurğulandı ki, nominasiya prosesi qlobal strategiyaya uyğun aparılmalıdır. Həmçinin diqqətə çatdırıldı ki, nominasiya prosesi ilə bağlı sənəddə Dünya İrs Komitəsinin 2022-ci ildə qeyd ediləcək 50 illiyinə dair məlumat və hesabatlar da yer alır.

Müzakirələrdə nominasiyaların geri götürülməsi prosesinin şəffaflaşdırılması məsələlərinə də diqqət yetirildi. Bildirildi ki, geri götürmə hallarında qiymətləndirmə məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Məlumat verildi ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin təqdim etdiyi nominasiyaların müzakirəsi 6 iyul tarixinə keçirilib.

Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra, İsveçrə və digər ölkələrin nümayəndələri çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirdilər.

Dünya irsinin hamıya məxsus olduğunu söyləyən natiqlər qeyd etdilər ki, Bakı sessiyasında UNESKO-nun Dünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 27-si mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Bu nominasiyalardan 15-i Avropaya, 1-i isə Afrika qitəsinə aiddir.

Çıxışlarda vurğulandı ki, nominasiyaların qəbulu zamanı obyektiv və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilməlidir. Həmçinin mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin nəzərə alınması, dünya mədəni irsinin tarazlığının qorunması istiqamətində ciddi işlərin görülməsinin vacibliyi də vurğulandı.

Anqola dövlətinin nümayəndəsi çıxışı zamanı Afrika qitəsinin nominasiyalar baxımından geridə qaldığını bildirdi. Əlavə etdi ki, məşvərət qrupunun üzvləri Afrikaya faylların təqdimi və qovluqların yaradılmasında həm elmi, həm də təcrübə baxımından yardım da edirlər.

İclas iştirakçılarının diqqətinə çatdırıldı ki, təqdim olunan bir sıra nominasiyaların tərtibində səhvlər olduğu üçün onlar müzakirədən çıxarılıb.

Müzakirələrdən sonra təqdim olunan nominasiyaların UNESKO-nun Dünya irsi siyahısına qəbul olunması prosesinə başlanıldı. Ardıcıl olaraq təbiət, qarışıq və mədəni nominasiyaların siyahıya salınması qərara alındı.

İlk olaraq Çinin təqdim etdiyi nominasiya – Sarı dənizin sahilində Bohai boğazında miqrasiya edən köçəri quşların təbii sahəsinin Dünya irsi siyahısına salınması məsələsinə baxıldı. 18 ölkə bu təqdimatı dəstəklədi. Nominasiyanın mətni müzakirə edildikdən sonra Çin və Koreya yarımadası arasında yerləşən bu ərazi siyahıya salındı. Bu, Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında Dünya irsi siyahısına salınan ilk nominasiya oldu.

Daha sonra İran İslam Respublikasının təqdim etdiyi Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olundu. Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İUCN) nümayəndəsi məsələ ilə bağlı məruzə etdikdən sonra təqdim edilən nominasiya komitə üzvlərinin yekdil qərarı ilə qəbul edildi.

İranın nümayəndə heyəti çıxışı zamanı Hirkan meşələrinin bir hissəsinin də Azərbaycanda yerləşdiyini diqqətə çatdırdı və gələcəkdə Azərbaycanın da bu nominasiyaya qoşulmasını arzuladı.

Sessiyada müxtəlif ölkələrdən təqdim olunan nominasiya fayllarının müzakirəsi davam etdirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az