RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



07 Iyul
2019
07:30
744



Daha üç nominasiya – İndoneziya, Yaponiya və Laosun abidələri Dünya İrs Siyahısında

Bakı Konqres Mərkəzində Dünya İrs Komitəsi 43-cü sessiyası Dünya İrs Siyahısına təqdim edilən nominasiyaların müzakirəsi ilə davam edir.

Mədəniyyət Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, növbəti müzakirə mövzusu İndoneziyanın Savahlunto kömür mədəni ilə bağlı nominasiya oldu. Müzakirələrdən sonra nominasiya siyahıya daxil edildi. İndoneziya nümayəndəsi təşəkkürünü bildirərək dedi ki, nominasiya qabaqcıl texnoloji yenilikləri əks etdirən sənaye irsini əhatə edir, xalqın mədəni iradə və istəklərini əks etdirir. Bu irsin UNESCO siyahısına salınması və dünyada tanınması bölgəyə turistik marağın artmasına və yerli əhalinin rifahına da töhfə olacaq.

Sessiyada növbəti təqdimat Yaponiyanın təqdim etdiyi "Mozu Furuichi Kofun Gruop" – qədim yapon mədəniyyətini əks etdirən məzarlıqla bağlı idi. Osaka ovalığında yerləşən məzarlıq 1500 ildir ki, yerli əhali tərəfindən qorunur.

Müzakirələr zamanı İspaniya, Azərbaycan və Dünya İrs Komitəsinin digər üzvləri Yaponiyanın bu sahənin mühafizəsinə göstərdiyi diqqəti təqdir edib, yerli əhalinin mədəni irsinə münasibəti yüksək qiymətləndirilib. Nominasiya Dünya İrs Siyahısına daxil edilib.

Yaponiya hökumətinin nümayəndəsi komitənin üzv dövlətlərinə minnətdarlıq edib. Təmsilçi Kofun dövrünə aid bu sahənin mühafizəsi ilə bağlı məlumatı diqqətə çatdırıb, bu ərazinin böyük tarixi irs xəzinəsi olduğu bildirilib.

Daha sonra Laos Demokratik Respublikasının təqdim etdiyi Xienghuang tarixi ərazisi ilə bağlı nominasiya müzakirəyə çıxarılıb. Məruzəçi nominasiya ilə bağlı düzəliş və s. təklifin olmadığını bildirib və ərazinin təqdimat qəbul edilib. Laos nümayəndəsi turizmin inkişafına böyük töhfə verən bu ərazinin Dünya İrs Siyahısına salınması daxil edilməsinə görə komitə üzvlərinə təşəkkür edib. Nümayəndə siyahıya daxil edilən hər bir nümunənin dünya mədəni irsinin bir parçası olduğunu bildirib. Həmçinin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edərək bütün iştirakçı dövlətlərə və dünyaya sülh arzulayıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az