RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



07 Iyul
2019
08:00
732



46 nömrəli xətt üzrə avtobuslar yenilənib

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində ötən dövrdə daşıyıcılar tərəfindən 200 ədədə yaxın müasir avtobus gətirilərək istismara verilib.

BNA-dan XeberOxu.az-a verilən məlumata görə, sərnişindaşıma sahəsində sahibkarlar üçün yaradılan imkanlardan istifadə edərək "Vətən.AZ-Trans" MMC tərəfindən də yeni sərnişin avtobusları gətirilib. Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olan avtobuslar 07.07.2019-cu il tarixindən 46 nömrəli müntəzəm marşrut üzrə istismara veriləcək. Qarşıdakı aylarda 46 saylı xətt üzrə gediş haqqı ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq. Artıq bununla bağlı müvafiq işlər görülür.

"İsuzu Citibus" markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Avtobusların ilk hissəsinin avqust ayında gətirilməsi nəzərdə tutulub. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az