RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



08 Iyul
2019
17:53
798



Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir

İyulun 8-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakı Konqres Mərkəzində işini davam etdirir.

XeberOxu.az-ın məlumatına görə, iclası açıq elan edən sədr, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş büro iclası barədə məlumat verdi. Bildirdi ki, büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. Sessiyaya təqdim edilmiş qərar layihələri üzv dövlətlər tərəfindən edilən əlavə və düzəlişlər müzakirə olunaraq gündəliyə daxil edilib.

Sonra gündəlik üzrə məsələlərə baxıldı.

Keniyanın 2001-ci ildə UNESKO siyahısına salınmış Lamu şəhərinin vəziyyəti ilə bağlı müzakirə edilən qərara düzəlişlərin edilməsi gələn sessiyayadək təxirə salındı.

"Tarixi şəhərlərdə turizm" ilə bağlı Beynəlxalq Memarlar İttifaqının (BMİ) Azərbaycanda keçirilmiş konfransında qaldırılan məsələlər barədə iclasda Azərbaycan nümayəndə heyəti məlumat verdi. Bildirdi ki, BMİ bununla bağlı xüsusi təlimat hazırlayır.

Sonra ICCROM (Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) nümayəndəsi hesabatla çıxış etdi. Hesabatda üzv dövlətlər, məşvərətçi orqanlar ilə əməkdaşlığın müsbət təsirindən söz açııdı. Məruzəçi qeyd etdi ki, ekspertlər təbii fəlakətlərin idarə olunması, iqlim dəyişikliyinin Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət və mədəniyyət abidələrinə təsirini azaltmaq üzərində çalışırlar.

İclasda UNESKO-nun 2-ci kateqoriya mərkəz və qurumlar ilə əməkdaşlıq perspektivləri də müzakirə edildi. İCCROM təmsilçisi çıxışlardan sonra söz alaraq bacarıqların idarə olunması üzrə nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək üçün maliyyə vəsaitinin kifayət qədər olmadığını bildirdi. Qurumun Afrika ölkələri üçün xüsusi proqramın hazırlanması barədə məlumat verdi və gənclərin bu işə cəlb olunmasının vacibliyini qeyd etdi. Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Rössler deyilənləri yekunlaşdıraraq bildirdi ki, əgər bütün ölkələr bacarıqların və sahələrin idarə olunmasına qoşularsa, bizim işimiz rahat, nailiyyətlərimiz çox olar.

Xırda düzəlişlərdən sonra qərar qəbul edildi.

Növbəti sənəd “Təhlükə altında olan dünya irs siyahısı” barədə idi. Qərar layihəsində diqqətə çatdırıldı ki, sessiyada Çilidəki Humberstone and Santa Laura duz mədəni və Betlehem kilsəsi (Fələstin) təhlükə gözləyən abidələr siyahısından çıxarılıb.

Xanım Rössler əlavə olaraq dedi ki, əgər “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya”ya (1972) əsasən, Dünya İrs Mərkəzinə maddi yardım edilərsə, biz yoxsul ölkələrə öz abidələrini qorumaq üçün onlara maliyyə dəstəyi göstərə, bu yolla da təhlükə gözləyən abidələr siyahısını təzələyərək qısalda bilərik. Həqiqətən də elə ölkələr var ki, maliyyə çətinlikləri üzündən öz abidələrini bərpa edə, illərlə təhlükə siyahısından çıxara bilmirlər. Mövzu müxtəlif aspektlərdən geniş müzakirələr doğurdu. Müzakirələrdən sonra təklif edilən dəyişikliklər qərar layihəsinə əlavə edildi.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az