RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



10 Iyul
2019
01:00
423



Qarşıdakı günlərdə geomaqnit qasırğa ola bilər

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.

XeberOxu.az-a Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olub. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.

Növbəti bir neçə gün üçün (09 - 11 iyul) Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Günəş küləyi parametrlərinin isə güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə (09 - 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az