RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



10 Iyul
2019
14:13
363



Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb

İyulun 9-da Şamaxıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 14-cü “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb.

KOBİA-dan XeberOxu.az-a verilən məlumata görə, bununla bağlı Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, “KOB Dostu” mexanizmi Agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir və 2018-ci ilin sentyabrından etibarən tətbiq olunur. Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir. Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın yeni KOB-ların yaradılması və inkişafı üçün KOB dostları vasitəsilə reallaşdırılacağını bildirib. Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyət göstərəcəyini bildirib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində regionların inkişaf etdiyini, bölgələrdə bütün sahələrin, o cümlədən sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların yaradıldığını bildirib. Qeyd olunub ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxıda fəaliyyətə başlayan ilk “KOB Dostu” sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaqdır.

Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları həmçinin, Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. “KOB Dostu” ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az