RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



10 Iyul
2019
14:54
390



AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsinə "Akkord" şirkəti maliyyə dəstəyi göstərəcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaqlar.

AzMİU-dan XeberOxu.az-a verilən məlumata görə, inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər.

Adıçəkilən Avropa universitetləri ilə AzMİU arasında inşaat mühəndisliyi və ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində gerçəkləşən bu layihəyə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası (STİK) ASC maliyyə dəstəyi göstərəcək. Belə ki, təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri "Akkord" şirkəti tərəfindən ödəniləcək.

Bu məqsədlə iyulun 10-da AzMİU-da sözügedən universitetlərdə təhsil alacaq tələbələrlə, "Akkord" şirkəti və AzMİU arasında üçtərəfli müqavilə imzalanıb. İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Akkord STİK ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyəti, magistr tələbələr iştirak edib.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova universitet ilə "Akkord" şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələrimizin uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini qeyd edib. Rektor əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib, şirkətin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Mütəxəssis hazırlığında digər iri şirkətlərin də belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb. O, çıxışının sonunda magist tələbələrə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.

"Akkord" şirkətinin nümayəndəsi A.Məmmədov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışarkən bildirib ki, şirkət xarici layihələrin işlənib hazırlanmasında dil bilikləri ilə yanaşı, tikinti sahəsini yaxşı bilən yüksək bilik və bacarıqlı kadr potensialına ehtiyac duyur: “Şirkətimiz ümumi işimiz üçün bu sahədə lazım olan savadlı mütəxəssislərin hazırlanmasında maraqlıdır. Ötən ildə də biz 3 tələbənizin xaricdə təhsil almasına maddi dəstək verdik, şirkət olaraq bu fəaliyyətimizi sonrakı illərdə də davam etdirəcəyik”.

Tədbirdə iştirak edən tələbələr, onların valideynləri yaradılan imkana görə "Akkord" şirkətinə və universitetin rəhbərliyinə təşəkkürlərini bildirib, göstərilən etimadı doğruldacaqlarını deyiblər.

Çıxışlardan sonra professor G.Məmmədova, A.Məmmədov və sözügedən universitetdə təhsil alacaq tələbələr arasında üçtərəfli fərdi müqavilə imzalanıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az