RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
00:48
411



Vüqar Rəhimzadə: Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri əks etdirən mesajlar ünvanlanır

Dünən Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələr sırasındadır. Mütəmadi olaraq paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə aparılan müzakirələr bunu deməyə əsas verir. Təbii ki, bütün bunlar səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət beynəlxalq aləm üçün cəlbedici olmaqla yanaşı, region və dünyaya sabitlik, sülh və təhlükəsizlik vəd edir. Azərbaycanın təşəbbüsü ilə reallığa çevrilən qlobal layihələr ölkələr arasında yeni əməkdaşlıqların meydana gəlməsinə və daha da genişlənməsinə yol açır. Bu layihələr qarşılıqlı milli maraqlara hörmət etməklə hər bir iştirakçı ölkəyə böyük qazanc, iqtisadi mənfəət gətirir.

XeberOxu.az xəbər veriki,bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun, artan siyasi çəkisinin parlaq təzahürüdür: “Azərbaycan nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Buna baxmayaraq, bu qurumları təmsil edən qlobal güclərin nümayəndələrinin məhz Bakıda görüşmələri ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan dünyada sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Bu müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət əsas amil kimi çıxış edir. Bu görüş ondan xəbər verir ki, müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan dünya miqyasında söz sahibi olan ölkələr sırasındadır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, qitələri birləşdirən, böyük güclərin hörmətlə yanaşdığı, hər zaman hesablaşdığı Azərbaycan artıq beynəlxalq dialoq məkanına çevrilib: “Bu məkandan isə dünyaya sülh, sabitlik və multikultural dəyərləri, birgə əməkdaşlığı əks etdirən mesajlar ünvanlanır”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az