RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
09:45
279



“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər

İyulun 10-da “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

İnstitutdan XeberOxu.az-a verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında məlumat verib.

C.Məmmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətini hazırda Prezident İlham Əliyevin böyük uzaqgörənliklə davam etdirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu siyasətin uğurlarının məntiqi davamıdır.

Ali təhsil müəssisəsi haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda təhsil tam ödənişsizdir. Belə ki, Aİİ-də təhsilalanlar dərslik, yemək, geyim, yataqxana xərcləri ilə təmin olunurlar.

C.Məmmədov bildirib ki, İnstitutda bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında – 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.

Aİİ rektoru qeyd edib ki, İnstitut xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. İlahiyyat sahəsində ixtisaslaşmış bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq protokollarının imzalandığını vurğulayan rektor diqqətə çatdırıb ki, əsas məqsəd qarşılıqlı mübadilə proqramları vasitəsilə tədris metodunun və təcrübənin öyrənilməsidir.

Simpozium iştirakçıları səmimi qarşılanmaya görə, Aİİ rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin Azərbaycanda mövcud tolerant mühitin canlı şahidi olduqlarını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanda mövcud dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin hazırda bütün dünyada örnək kimi qəbul edilməsi təsadüfi deyil. Azərbaycan İlahiyyat İnstitutunun açılmasını, həmçinin burada bütün dinlərin tədris olunmasını yüksək qiymətləndiriblər.

Daha sonra qonaqlar Azərbaycan İlahiyyat İnstitutu ilə tanış olublar. Aİİ-nin fəaliyyət istiqamətləri, məqsədləri haqqında geniş məlumat verilib. Dərslərin müasir avadanlıqlarla tədris olunduğu diqqətə çatdırılıb. Aİİ-nin kitabxanasını ziyarət edən Simpozium iştirakçılarına burada 16000-dən çox kitabın mövcudluğu barədə məlumat verilib.

Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az