RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
13:52
423



Kamal Abdullaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı təqdim edilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

ADU-dan XeberOxu.az-a verilən məlumata görə, yubiley medalı bu gün Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən Xalq yazıçısı Kamal Abdullaya təqdim olunub. ADU-nun rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi universitetin kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib:

“Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda Azərbaycan Dillər Universitetinin kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezidentimiz İlham Əliyevə öz adımdan və kollektivimiz adından səmimi minnətdarlığımı bildirir, bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.

Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az