Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyul
2019
01:09
789

12
Iyul
01:09




“Kaspersky Lab” və İnterpol kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığa davam edir

"Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperski və İnterpolun hüquq-mühafizə orqanları ilə iş üzrə icraçı direktoru Tim Morris beş illik əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müqaviləyə əsasən, "Kaspersky Lab" mütəxəssisləri İnterpola kibercinayətlərin araşdırılmasında yardım edəcək, zabitlər üçün təlimlər keçirəcək, şirkət tərəfindən aşkar edilmiş ən son kibertəhlükələr və onları araşdırmaq yolları barədə məlumatları təqdim edəcəklər. İmzalanma mərasimi İndoneziyada keçirilən “Interpol World 2019” konfransı çərçivəsində baş tutub. Bu, tərəflər arasında imzalanmış ikinci müqavilədir. Qeyd edək ki, ilk belə müqavilə 2014-cü ildə imzalanıb.

Bu müqavilə “Kaspersky Lab” və İnterpol əməkdaşlığını gücləndirir, çünki aktual məlumat və texnologiyaların təmin edilməsi vasitəsilə beynəlxalq hüquq mühafizə orqanına kibercinayətkarlıq faktlarının araşdırmasında dəstək verir.

"Mürəkkəb təhdidlərin sayı artıqca beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti də artır. Biz İnterpol ilə əməkdaşlığımızı davam etdirəcəyimizi sevinclə elan edir və bu təşkilata kibercinayətkarlıqla mübarizə üçün lazım olan məlumatları və texnologiyaları istifadə etmək imkanı yaradırıq”, - deyə “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeniy Kasperski bildirib.

Kibercinayətkarlıq sərhəd tanımır, buna görə "Kaspersky Lab" müntəzəm olaraq beynəlxalq İT təhlükəsizlik ictimaiyyətinin mütəxəssisləri, İnterpol kimi beynəlxalq təşkilatlar, hüquq mühafizə orqanları və kompüter hadisələrinə reaksiya mərkəzləri kimi beynəlxalq təşkilatlarla birgə əməliyyat və araşdırmalarda iştirak edir. Qorunma həlləri istehsalçıları arasında “Kaspersky Lab” ilk olaraq hüquq mühafizə orqanlarına pulsuz xidmət göstərdiyini elan edib, məqsəd – şirkətin hesabatlarının necə hazırlanması, eləcə də, onların kibercinayətkarlıq və ciddi kibertəhlükələrlə mübarizə sahəsində necə yardım edə biləcəyi barədə məlumatlandırmanı artırmaqdan ibarətdir.

Daha ətraflı: https://media.kaspersky.com/en/kaspersky-lab-offering-assistance-to-law-enforcement.pdf

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az