RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyul
2019
01:26
414



Fransa Azərbaycanda kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə maraqlıdır - Ru de Beziö

İyulun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XeberOxu.az-ın məlumatına görə, Rövnəq Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd edib, ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açıb, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö səmimi qəbul üçün təşəkkkürünü bildirib. Məlumat verib ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışan qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırıb. Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulayıb

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez də görüşdə iştirak edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az