XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



13 May
2021
14:29
1260
13
May
14:29



Azərbaycanda IATA Travel Pass mobil əlavəsinin tətbiqi müzakirə edilib- VIDEO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ölkə hökuməti ilə birlikdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hazırladığı universal IATA Travel Pass platformasının sınaqdan keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

Bu barədə Xeberoxu.Az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

IATA Travel Pass sərnişinlərin məlumatlarının yoxlanılması, səyahətə olan tələblərə dair milli qaydaların müəyyən edilməsi üçün mobil əlavəsidir. Mobil əlavə hökumətlər, aviaşirkətlər, laboratoriyalar və səyahətçilərin özləri arasında əməkdaşlıq yolu ilə testləşdirmə və peyvəndləmə barədə zəruri informasiya axınını yoxlamağa və nəzarət etməyə imkan verir.

Qeyd edilən məsələyə həsr edilmiş və videokonfrans formatında keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbərliyi iştirak ediblər.

Görüş zamanı qeyd olunmuşdur ki, mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və hava nəqliyyatı ilə sərnişin axınının COVID-19 pandemiyasından əvvəlki göstəricilərinin bərpa edilməsinə şərait yaradacaq.

“Biz uzun illərdir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə uğurla əməkdaşlıq edirik. IATA Travel Pass kimi rəqəmsal həllin tətbiqi yoxlama prosedurlarını sadələşdirir və koronavirus infeksiyasının yayılması risklərini minimuma endirir. Bu mobil əlavəni tətbiq edəcək ilk aviaşirkətlər sırasında olduğumuza görə IATA-ya təşəkkürümüzü bildiririk”, – deyə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov qeyd edib.

“IATA Travel Pass mobil əlavəsinin sınaq mərhələsində tətbiqi çərçivəsində Azərbaycan hökuməti və milli aviadaşıyıcısı ilə əməkdaşlığımızdan qürur duyuruq. Bu kimi rəqəmsal həllərin sınaqdan keçirilməsi ilə pandemiya dövründə beynəlxalq aviadaşımaların təhlükəsiz şəkildə bərpa olunmasına ümid edirik. Sərhədi keçən zaman belə bir mobil əlavənin istifadə etməsi həm sərnişinlərə, həm də hava yollarına, eyni zamanda ölkə hökumətinə faydalı olmasını nümayiş etdiririk”, - IATA-nın hava limanları, təhlükəsizlik, sərnişin və yük daşınması üzrə baş vitse-prezidenti Nik Karin bildirib.

Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkəti tələbatın daha çox olduğu istiqamətlər üzrə xüsusi reyslər yerinə yetirir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə əsasən bütün sərnişinlər qeydiyyat masasında uçuşdan əvvəl 48 saat ərzində aldıqları COVID-19 virusunun mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb








Biləsuvar sakini iş yoldaşını qətlə yetirib








Nərimanovda gənc qız yol qəzasında yaralandı








Qubada 85 yaşlı qadın yanaraq ölüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.