XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



13 May
2021
15:12
1382
13
May
15:12



Rövnəq Abdullayev: "SOCAR Gürcüstanın əsas qaz təchizatçısıdır"

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın əsas qaz təchizatçısıdır.

Report xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr edilən neft-qaz sektoruna sərmayələrin cəlb edilməsi üzrə beynəlxalq forumda bildirib.

SOCAR tərəfindən Türkiyəyə indiyədək “Şahdəniz” yatağından 82 milyard kubmetrə yaxın qaz ixrac olunduğunu xatırladan natiq bunun 12 milyard kubmetrinin 2018-ci ilin 30 iyun tarixində Cənub Qaz Dəhlizinin birinci fazasının işə salınmasından bu yana tədarük olunduğunu dilə gətirib.

Bununla yanaşı Avropa bazarında da fəaliyyətini genişləndirən SOCAR-ın Yunanıstan, Bolqarıstan və İtaliyaya gündəlik 26 milyon qaz nəql etdiyi, bunun da rekord rəqəm olduğu vurğulanıb.

Xatırladaq ki, cari ilin birincin rübündə Azərbaycan Gürcüstana da 784 milyon kubmetr qaz ixrac edib.

SOCAR rəhbəri həmçinin xatırladıb ki, 3 500 km uzunluğunda, sərmayə dəyəri 33 milyard ABŞ dollarınadək olan Cənubi Qaz Dəhlizi layihəsi Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirərək bütövlükdə 7 ölkəni əhatə edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Bu layihə çərçivəsində Azərbaycan ilk dəfə öz təbii qazını Avropa bazarına ixrac etməyə başlayıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb








Biləsuvar sakini iş yoldaşını qətlə yetirib








Nərimanovda gənc qız yol qəzasında yaralandı








Qubada 85 yaşlı qadın yanaraq ölüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.