12 Yan 2021
12:40
![]() |
12
Yan 12:40
![]() Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi Qazaxıstanda keçirilən parlament seçkilərində hakim “Nur Otan” partiyası qalib gəlib. TASS bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrovun açıqlamasına istinadla xəbər yayır. Partiya 5 148 074 səs (71.09 %) qazanıb. Səsvermə nəticələrinin ardından üç partiyanın - “Nur Otan” , “Ak Jol” (10,95%) və Qazaxıstan Xalq Partiyasının (NPK) (9,10%) parlamentə daxil olduğu qeyd edilir. Bazar günü Qazaxıstanda Məclisə partiya siyahısı ilə millət vəkillərinin seçkisi keçirilib. Məclisə 107 deputat daxildir, onlardan 98-i gizli səsvermə yolu ilə partiya siyahıları, qalan doqquz millət vəkili isə Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilib. Məqalə: ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Göyçayda 5 otaqlı ev yanıb
Bakıda bir nəfər köməksiz qaldı
Bakıda mansarda tipli ev yanıb
|