Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



24 Sen
2020
05:00
14907
24
Sen
05:00



Qəza törədən azərbaycanlı repçi həbs olundu

Rusiyanın Tqansk rayon məhkəməsi Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev haqda həbs qərarı verib.

XeberOxu.Az-ın məlumatına görə,  “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Elmin barəsində iki aylıq – noyabrın 21-dək həbs qətiimkan tədbiri seçilib. Reperin vəkili İrina Zarvanskaya qərarla razılaşmayaraq apellyasiya şikayəti verəcəklərini bildirib.

Quliyev isə məhkəmədə günahını boynuna alaraq qəzada zərərçəkənlərə musiqidən əldə etdiyi gəliri kompensasiya olaraq ödəməyə hazır olduğunu bildirib. Müdafiə tərəfi hakimdən E.Quliyevi ev dustaqlığına buraxmağı xahiş etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Elmin daha əvvəl soyğunçuluq və yol hərəkəti qaydalarını pozmağa görə müxtəlif vaxtlarda 49 dəfə inzibati məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, sonuncu yol-nəqliyyat hadisəsi sentyabrın 21-də Ostojenko və Pomerançev küçələrinin kəsişməsində “Mercedes” və “İnfiniti” maşınlarının toqquşması nəticəsində olub. Səkiyə çıxan “İnfiniti” piyadaları əzib. Nəticədə 4 nəfər yaralanıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilsə də, 1-i bundan imtina edib.

Qəzaya “İnfiniti”nin sürücüsü Elmin Quliyevin yüksək sürətlə qırmızı işığı keçməsi səbəb olub.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər Şou biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.