Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



09 Avq
2020
15:27
10330
09
Avq
15:27



Xəbəri səsli dinlə
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər-VİDEO

Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra çimərliklərə ciddi axın müşahidə olunur. Bu isə öz növbəsində yoluxma riskini artırır.

XeberOxu.Az-ın məlumatına görə, çimərliklərin istifadəyə verilməsindən sonra 1000 asan könüllü çimərliklərdə xidmət aparır, bununla bərabər çimərliklərlə bağlı "cimerlik.az" saytı istifadəyə verilib. Buna görə də, vətəndaşlar bu sayt vasitəsilə daha az adam olan çimərlikləri müəyyənləşdirib, həmin çimərliklərdə rahat istirahət edə bilərlər.

Qeyd edək ki, hazırda Bakıda çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər, portalda olan çimərliklərdə eyni anda 100 mindən çox insanın istifadə edə bilməsi üçün şərait yaradılıb, təhlükəsizlik tədbirləri görülüb.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin imanov bildirir ki, şəhər ərazisində olan bütün çimərliklərdə yerində monitorinq aparılıb. "Cimerlik.az" portalında bu məlumatlar əlavə olunub və vətəndaşlar çimərliklərə üz tutmazdan əvvəl bu sayt vasitəsilə məlumatları öyrənə bilər. Bütün bu tədbirlər ilk növbədə insanların təhlükəsizliyini təmin etmək üçündür. Çimərliklərdə xüsusi arakəsmələrin gözlənilməsi üçün yerlər müəyyən edilib, lövhələr qoyulub, səsgücləndirici vasitələrlə maarifləndirmə işləri aparılır:

"Bir neçə gündür müşahidələrimiz narahatlığa əsas verir, Belə ki, insanlarımız portala müraciət etmədən, özlərinin müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu da arzu olunmaz sıxlıqların yaranmasına səbəb olur. Bir daha insanlarımızdan çimərliyə getməzdən öncə portaldan həmin çimərlikdə doluluq səviyyəsinə baxmalarını xahiş edirik"

Qaydalara əməl edərək "cimerlik.az" portalı vasitəsilə dənizə gələnlər isə şəraitdən və dənizdən razılıqlarını bildirirlər. Bakı şəhər sakini Sona İbrahimova bildirir ki, çimərliklərlə bağlı qadağanın götürülməsinə görə çox sevinclidirlər: "Portal vasiətsiylə çimərliyə gəldik, və pulsuz olmasına baxmayaraq burada yaradılan vəziyyət ödənişli çimərliklərdən geri qalmır. Bir daha insanları qaydalara əməl etməyə çağırıram. əgər qaydalara əməl etsək yumşalmalar daha tez olacaq".

Çimərlikdə istirahət edən şəhər sakinlərindən biri də vəkillər kollegiyasının üzvü, hüquqşunas Qədir Rəhimov isə bildirir ki, yumşalmalar çox gözəl addımdır: "Dövlətin karantin rejiminin yumşaldılması istiqamətində apardığı siyasətdən razıyıq, hər şey ilk növbədə insanların təhlükəsizliyinə yönəlib. Bu gün burda bütün imkanlardan istifadə olunaraq bu şərait yaradılıb. İnsanlar da öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli karantin rejinin tələblərinə əməl etməlidirlər".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.